Cəmiyyət

Qarabağda işləmək istəyənlərin nəzərinə! – Vəzifə və maaşlar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, vakant vəzifə üzrə aylıq vəzifə maaşı (manat) aşağıdakı kimidir:
Aşpaz – 499, Qabyuyan – 437, Gözətçi – 420, Fəhlə – 420, Xadimə, Xidmətçi – 384.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edilib ki, yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərtə tutulub.
Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidirlər:

müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Bənzər yazılar

Back to top button