Hadisəİqtisadiyyat

“Dəmirbank”ın kreditorlarının tələbləri bağlı növbəti dinləmələr keçiriləcək

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına yenidən müraciət edib

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 13 iyun 2018-ci il saat 16:00-da davam etdiriləcək.

“Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlardan tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir”, – deyə məlumatda vurğulanıb.

Bənzər yazılar

Back to top button