İdman
Qavidən “Barselona”dan ayrılacağı xəbərinə münasibət

“Barselona”nın futbolçusu Qavi Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: “Xəyallarımın klubu ilə ilk çempionluq mənim üçün yuxu kimidir. Ümid edirəm ki, növbəti mövsümlərdə daha çox kubok qazanarıq. Buradan ayrılmaq fikrim yoxdur”.
Qeyd edək ki, Qavi “Barselona” ilə 2026-cı ilin iyununa kimi yeni müqavilə imzalayıb. Lakin La Liqa onu qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün Qavi ilə “Barselona” arasında müqavilənin mövsümün sonunda başa çatması mümkündür.