Siyasət

ABŞ bildirir ki, İran-Rusiya tərəfdaşlığının dərinləşməsi “region ölkələri üçün təhlükə yaradır”

ABŞ İran və Rusiya arasında hərbi tərəfdaşlığın genişlənməsinin daha çox əlamətlərini görür, bu, region üçün, o cümlədən İranın qonşuları üçün təhlükə təşkil edir, bu barədə bazar ertəsi Dövlət Departamenti bildirib.

Tehranın Moskvaya birtərəfli zərbə PUA-ları, o cümlədən avqustdan etibarən 400-dən çox PUA verdiyi bildirilir, deyə mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqdə bildirib.

“Rusiya və İran arasında əməkdaşlığın dərinləşməsi hədsiz narahatlıq yaradır və bu, təhlükəlidir. Bu, region ölkələri üçün və beynəlxalq ictimaiyyət üçün, xüsusən Ukrayna üçün təhlükəlidir”, deyə Patel Turan-ın suallarına cavabda bildirib.

Öz növbəsində, Ağ Ev bildirib ki, Vaşinqton Tehranın Moskvaya Ukrayna ilə müharibə üçün silah tədarük etməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.

“Yaxın günlərdə biz Rusiya və İran arasında hərbi ticarətin genişlənməsində iştirakı olanlara qarşı əlavə sanksiyaları elan edəcəyik”, deyə Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya İrana raket, elektronika və RƏM sistemləri təklif edir. “Ötən ay İran Rusiyadan Su-35 qırıcı təyyarələri aldığını və zərbə helikopterləri, radar və 130 ədəd təlim-döyüş təyyarəsi almaq istədiyini bəyan edib. Ümumilikdə İran Rusiyadan milyardlarla dollarlıq hərbi texnika istəyir”, deyə Kirbi bildirib.(Turan)

Bənzər yazılar

Back to top button