Siyasət

AŞPA prezidenti Bakını və Yerevanı möhkəm sülh üçün səyləri fəallaşdırmağa çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Azərbaycanı və Ermənistanı fikir ayrılıqlarının nizamlanması və Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsi üçün səyləri fəallaşdırmağa çağırıb.

“Azərbaycan və Ermənistan parlamentarilərini Assambleyadan həssas və mühüm məsələlərin müzakirəsi üçün platforma kimi istifadə etməyə çağırıram”, deyə AŞPA sədri oktyabrın 10-da Strasburqda AŞPA-nın iclasında bildirib.

Qeyd edək ki, bugünki iclasda “Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurmalar haqqında” ayrı-ayrı müzakirələrin keçirilməsi haqqında müraciət müzakirə olunur.

Bənzər yazılar

Back to top button