İdman

Ronaldodan yeni rekordlar

“Mançester Yunayted”n portuqaliyalı superulduzu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hücumçu bu uğura Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri “Vilyareal”la matçda nail olub. O, bu oyundan sonra Çempionlar Liqasında meydana çıxdığı matçların sayını 178-ə yüksəldib. Beləliklə, İker Kasilyası geridə qoyan Ronaldo sözügedən yarışda ən çox meydana çıxmış futbolçu ünvanına sahib olub.

Ronaldo “Vilyareal”la oyunda həm də karyerasının 900-cü klub matçına çıxıb. Portuqaliyalı ulduz bu qarşılaşmalarda 48-i “het-trik” olmaqla ümumilikdə 678 qol vurub. O, formasını geyindiyi klublarda 48 kubok qaldırıb. Portuqaliya milisinin hücumçusu Avrokuboklarda da ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

Çempionlar Liqasında və Avrokuboklarda ən çox meydana çıxmış futbolçuların siyahısı aşağıdakı kimidir:

Kriştiano Ronaldo (2003-) – 178
İker Kasilyas (1999-2019) – 177
Xavi (1998-2015) – 151
Lionel Messi (2004-) – 151
Raul (1995-2011) – 142
Rayan Giqqs (1993-2014) – 141

Ronaldo həm də Çempionlar Liqasında ən çox qol vuran futbolçudur. O, sözügedən yarışda 136 dəfə fərqlənməyi bacarıb. Messi isə 121 qolla ikinci pillədədir.

Bənzər yazılar

Back to top button