Dünya

ABŞ rusiyalı hakerin barəsində informasiyaya görə 10 milyon dollar təklif edir

Çərşənbə axşamı Bayden administrasiyası bildirib ki, haker proqramlarının köməyilə ABŞ-ın mühüm infrastruktur obyektlərinə və hüquq-mühafizə orqanlarına hücumlarda əli olan Rusiya vətəndaşı təqib edilir, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu gün Dövlət Departamenti Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin həbsinə və ya mühakimə olunmasına kömək edəcək informasiyaya görə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 10 milyon dollara yaxın mükafat elan edir”,- Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Miller qeyd edib ki, Matveyev ABŞ hüquq-mühafizə orqanlarına, müəssisələrə və bütün dünyada mühüm infrastruktura haker hücumlarında iştirak edib.

Çərşənbə axşamı açıqlanan iki ittiham aktında ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Matveyevin 2020-ci ildən bütün dünyada minlərlə ünvana hücum etmək üçün onun və digər hakerlərin istifadə etdiyi üç əsas proqram variantının-LockBit, Hive və Babukun yaradılmasında əli var. ABŞ Maliyyə Nazirliyi Matveyevə maliyyə sanksiyaları da tətbiq edib.

Bənzər yazılar

Back to top button