İdman

Ançelotti: “Qol vursalar, qoy ilk dəqiqələrdə olsun”

“Bu gün “Siti”dəki ən vacib matçlarımdan biri olacaq, bunu inkar etmək axmaqlıqdır. Oyunçulardan andan həzz almalarını istədim. Bu mərhələdə oynadığımız üçün özümüzü çox şanslı hiss etməliyik. Hər şey öz əlimizdədir. Finala çıxmaq üçün bir oyunda qalib gəlmək kifayətdir”.

Qol.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında “Real”la cavab oyunu öncəsi deyib.

O, sözügedən matçda çox taktiki dəyişiklik etməyəcəyini vurğulayıb: “Fərqli nəsə etməyəcəyik. Hər şeyi deyə bilmərəm, Ançelotti eşidər”.

“Real”ın baş məşqçisi Karlo Ançelotti isə fərqli düşünür:

“İlk oyundan sonra yaxşılaşdırmalı olduğumuz işlər var. İnanılmaz motivasiyadayıq. Çətin olacağını bilirik. Amma ümid edirəm ki, bu, ən yüksək səviyyədə oynamağımıza kömək edəcək. Keçən mövsümdə olduğu kimi, daha bir vacib hədəfə çatmağa yaxınıq”.

O, daha sonra bildirib: “Biz təkcə Haaland haqda düşünmürük. De Bruyne, Gündoğan, Mahrez var. Çətindir. Qol vursalar, qoy ilk dəqiqələrdə olsun”.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Siti” – “Real” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Bənzər yazılar

Back to top button