Cəmiyyət

Cümə axşamı buludlu və küləkli hava şəraiti davam edəcək

Mayın 18-də Bakıda və Abşeronda küləkli və tutqun hava şəraiti davam edəcək. Yağıntı gözlənilmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Havanın temperaturu gecə müsbət 9+14, gündüz müsbət 18+23 dərəcə olacaq.

Ölkə rayonlarında bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında müsbət 10 +14, gündüz müsbət 20 + 25, dağlarda gecə mənfi 1 +4, gündüz müsbət 5 + 10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button