Hadisə

5 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Mayın 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narkotik vasitələrin 2,7 kiloqramdan çoxu heroin, 2,3 kiloqrama yaxını marixuana, həmçinin 220 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Məlumatda bu istiqamətdə tədbirlərin davam etdiyi bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button