Dünya

Rusiya ilk dəfə İranda bank açıb

İranın Sənaye və Ticarət Nazirliyinə bağlı olan Ticarətin İnkişafı Təşkilatının sədri Əli Rıza Peymanpak Rusiyanın ikinci ən böyük bankı olan VTB Bankın İranda nümayəndəliyinin açıldığını bildirib.

Yeniavaz.com xəbər verir ki, Peymanpak bu barədə Tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, “Bank VTB” səhmlərinin 60,9%-i dövlətə məxsus olan, nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankıdır. Mərkəzi ofisi Moskvada yerləşən bankın Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Almaniya, İtaliya, Böyük Britaniya və Kiprdə törəmə bankları fəaliyyət göstərir.

“Bank VTB”nin Azərbaycandakı törəmə şirkətinin rəsmi açılışı 2009-cu il noyabrın 23-də keçirilib. Bankdan verilən məlumatda qeyd olunur ki, Azərbaycandakı törəmə bankın səhmlərinin 99,99 %-i Rusiyadakı “Bank VTB”yə, 0,01%-i isə Ağayev Adıgözələ məxsusdur. Bankın əsas məqsədlərindən biri Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır.

Onu da qeyd edək ki, “Bank VTB”nin adı daha əvvəl də casusluq qalmaqalında hallanıb. Belə ki, 2015-ci ildə “Bank VTB”nin əməkdaşı Yevgeni Buryakov Rusiya kəşfiyyatına işləməkdə ittiham olunaraq ABŞ-da həbs olunub. Məhkəmədə günahlarını etiraf edən Buryakova 3 ilə yaxın həbs cəzası kəsilib.

Bənzər yazılar

Back to top button