
Çərşənbə axşamı erməni tərəfi Kəlbəcərlə sərhəddə, Ermənistanın Geqarkunik vilayətində Zod kəndi ərazisində öz mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, “təcili yardım” maşını ilə yaralıları daşıyan erməni hərbçi və hərbi feldşer atışma nəticəsində yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi isə atışma barədə məlumatları təkzib edib:
Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.
Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”.