Siyasət

Mariya Zaxarova Bakı və Yerevanı təmkinli olmağa çağırıb

Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırır. Bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O qeyd edib ki, Bakı və Yerevan vəziyyəti diametral şəkildə fərqli qiymətləndirirlər və baş verənlərdə bir-birini ittiham edirlər. “Rusiya vəziyyətin dinc məcraya keçirilməsi üçün həm Azərbaycan, həm də Ermənistanla əlaqədə saxlayır”, – o deyib.

O xatırladıb ki, dünən Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla, eləcə də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı olub. Bu vasitəçilik səyləri nəticəsində döyüşlər dayanıb.

“Regionda sülh və sabitlik naminə tərəflərə bundan sonra da yardım göstərməyə hazırıq”, – o deyib. (Turan)

Bənzər yazılar

Back to top button