İdman
Ən çox qazanan gənc idmançılar məlum oldu

“Forbes” jurnalı 25 yaşa qədər ən çox maaş alan idmançıların siyahısını tərtib edib.
Qol.az xəbər verir ki, ilk pillədə PSJ-nin ildə 110 milyon avro qazanan Kilian Mbappe qərarlaşıb. İlk “5-lik”də futbolçulardan həm də “Mançester Siti”nin 50 milyon avrodan bir qədər az qazanan hücumçusu Erlinq Haaland var.
1. Kilian Mbappe (PSJ) – 110 milyon avro
2. Kayler Mörrey (“Arizona Kardinals”, Amerika futbolu) – 64 milyon avro
3. Maks Ferstappen (Formula 1) – 58 milyon avro
4. Erlinq Haaland (“Mançester Siti”) – 47 milyon avro
5. Luka Donçiç (“Dallas”, basketbol) – 42 milyon avro.