İdman

Qvardioladan qələbə şərhi: “Bir il sonra göstərdik ki…”

Çempionlar Liqasının digər finalçısı da bəlli olub.

Fanat.az xəbər verir ki, “Mançester Siti” səfərdə ÇL-in sonuncu qalibi “Real Madrid”lə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə 4:0 hesabı qalib gələn İngiltərə klubu finala yüksəlib.

Qalib komandanın komandanın baş məşqçisi Xosep Qvardiola qələbəni belə şərh edib:

“Özümüzü evdə, öz divarlarımızın arasında inanılmaz dərəcədə rahat hiss edirik. Ötən mövsüm “Real Madrid”ə qarşı acı məğlubiyyət aldıq. İnsanlar çox deyirlər ki, oyunçularımda xarakter yoxdur. Amma bir il sonra göstərdik ki, bizim xüsusi komandamız var. Çempionlar Liqasının finalına çıxdıq. Sevinmək lazımdır.

Hamı yüksək səviyyədə idi. Bernardo Silva belə önəmli matçlarda həmişə yaxşı çıxış edir. O, indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir. Oyunun ilk dəqiqələrindən elə bir hiss var idi ki, uşaqlar hazırdır. Komanda sakit idi. Çox zarafat edirdilər. Ona görə də mən heç bir gərginlik və narahatlıq hiss etmədim. Özümüzü göstərməyə hazır olduğumuzu hiss etdim. İtaliya komandasına qarşı final ən yaxşı hədiyyədir. “İnter” rəqabətçil komandadır. Amma bu oyuna psixoloji olaraq hazırlaşmaq üçün vaxtımız var”.

Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bənzər yazılar

Back to top button