Cəmiyyət

May ayında 6 gün qeyri-iş günü olacaq

May ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.

Bundan başqa, 9 May – Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.

Beləliklə, may ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Bənzər yazılar

Back to top button