Siyasət

ABŞ Rusiya-İran dəmir yolu sanksiyalardan yayınsa “tədbir görəcəyini” vəd edir

Çərşənbə günü Dövlət Departamenti bildirib ki, Rusiya və İran arasında dəmir yolu ilə bağlı sonuncu sövdələşməni “izləyəcək və ona xüsusi diqqət yetirəcək”.

Sanksiyalardan yayınmağa yönəlmiş istənilən cəhdlər ciddi narahatlıq doğuracaq və “ABŞ tərəddüdsüz növbəti addımları atacaq”, deyə mətbuat katibinin müavini Vedant Patel bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Çərşənbə günü Moskva və Tehran Rəşt-Astara dəmir yolu hissəsinin – Süveyş kanalına rəqib olacağı və sanksiyaların qarşısını alacağı hesab olunan dəhlizin tikintisi haqqında saziş imzalayıblar.

“Mənim bu layihə ilə bağlı fikrim yoxdur, amma belə ciddi sanksiya rejimi tətbiq etməyimizin səbəbi var və onlardan yayınmağa yönəlmiş istənilən cəhdlər bizdə böyük narahatlıq doğurur”, deyə o qeyd edib.

Xatırladaq ki, bu yol Azərbaycandan keçir və sanksiyalar Bakıya da şamil edilə bilər.

Bənzər yazılar

Back to top button