İdman

“12 xalla fərqlə çempion olsaq belə…” – Xavi niyə gedəcəyini dedi

“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda Katalniya təmsilçisindən ayrılmaq qərarının səbəbini açıqlayıb.

Fanat.az xəbər verir ki, “Goal” 43 yaşlı çalışdırıcının sözlərini belə çatdırıb:

“Barselona”nın hazırda vəziyyəti yaxşı olmadığı üçün ayrılmaq qərarına gəldim. Bizə kifayət qədər qiymət verilmir. 12 xalla fərqlə çempion olsaq belə, azarkeşləri sevindirə bilməyəcəyimizi hiss edirəm”.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından “Barselona”nı çalışdırır. 43 yaşlı mütəxəssisin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button