Bizim seçimCəmiyyətGündəmHadisə

Kəmaləddin Heydərov: “”Azərenerji” bizim bildirdiyimiz iradlara riayət etməyib” – Video

Xəbər verdiyimiz kimi Mİngəçevir İES-də baş verən qəza bütün ölkəni bir neçə saatlıq qaranlığa qərq etdi və bunun fonunda da digər sahələrdə ciddi problemlər yarandı.

Hadisədən dərhal sonra isə ölkə başçısı komissiya yaradaraq hadisəni öz nəzarətinə götürdü.

Bizimyol.info xəbər verir ki, sözügedən komissiya artıq dünən ölkə başçısının rəhbərliyi ilə müşavirəsini keçirtdi. Müşavirə zamanı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisənin başvermə səbəblərindən danışaraq ölkə başçısına hesabat verib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Kəmaləddin Heydərovun hadisə ilə bağlı çıxışını oxucularımıza təqdim edirik:

“Cənab prezident, mən özüm hadisə yerində oldum, müşahidə etdim, hadisə cərəyan açarı olan hissədəki yağın dağılması və alışması nəticəsində baş verib. Bu alışma da kabelləri yandırıb. Biz əvvəllər “Azərenerjiyə” göndərdiyimiz məktublarda da həmin açarların üstünün möhkəm bağlanması ilə bağlı irad bildirmişik. Onlar təəssüflər olsun ki, 63 açarın üstünü bərkitməmiş və eyni yerdən də sızan yağın alışması nəticəsində də bu qəza baş vermişdir.

Biz Dövlət TƏhlükəsizlik xidmətinin, prokurorluğun əməkdaşlarının da iştirakı ilə müşahidə etdik ki, onlar bizim bildirdiyimiz iradlara riayət edilməyib. Ərazi quru otlardan təmizlənməyib, soyutma qurğularının heç biri demək olar ki, işləmir. Soyutma Mingəçevir dənizinin dibindən 12 dərəcə soyuqluqda olmalı olduğu halda qəza günü suyun dərəcəsi 28 dərəcə, 3 iyul tarixində isə 26 dərəcə olub.
Biz orada olarkən də 7-ci blok qəfildən dayandı və bizə heç kim məlumat verə bilmədi ki, qurğu niyə birdən-birə dayandı. Biz illər boyu “Azərenerji”yə yazdığımız məktubları, bildirdiyimiz iradları cənab prokurora və daxili işlər nazirinə təqdim etmişik.
Hazırkı stansiya fiziki və mənəvi köhnə stansiyadır. O stansiyaya yenidən vəsait ayırıb təmir etmək deyil, əgər imkan varsa, ölkə başçısının tapşırığına əsasən beynəklxalq təcrübəsi olan mütəxəsislər cəlb edərək onu audit etməlidir, daha sonra isə şirkətlər ölkə üzrə bu sistemi bir-birlərinə maneçilik törətmədən bu şəbəkəni qurmalıdırlar ki, daha sonra hərhansısa bir stansiyada qəza baş verərsə bu bütün ölkəyə öz təsirini göstərməsin”.

Bənzər yazılar

Back to top button