Siyasət

“Əli İnsanova birdən-birə belə qucaq açmaq…” – Partiya sədri

Müxalif Ağ Partiyanın sədri Tural Abbaslı sabiq səhiyyə naziri Əli İnsanovun Müsavat Partiyasında partiya sədrlərinin iştirakı ilə keçirilən dəyirmi masada iştirakına münasibət bildirib.

Tural Abbaslı “Report”a bildirib ki, Əli İnsanovun müxalifətin dialoqunda iştirak etməsi birmənalı qarşılanmır.

“Əgər təşkilatçı Əli İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdı. Fikrimcə, bu məsələdə xalqın münasibəti öyrənilməlidir. Əli İnsanov müxalifətə qarşı ən sərt mövqeyi ilə fərqlənirdi. Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı konkret cavab verərdik”.

Qeyd edək ki, ötən gün Müsavat Partiyasının qərargahında dəyirmi masa keçirilib. Dəyirmi masada sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və sabiq səfir Hikmət Hacızadə iştirak edib.

Bənzər yazılar

Back to top button