GündəmManşetSiyasət

Liderlərin üçtərəfli görüşü bu tarixdə baş tuta bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, erməni tərəfi Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşıb.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

Paşinyan qeyd edib ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bu təklifi qəbul edib. Görüş mayın 25-nə təyin edilib.

Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Bənzər yazılar

Back to top button