Siyasət

Milli Məclisinin deputatları NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcəklər

Azərbaycan Milli Məclisinin deputatları Lüksemburq şəhərində keçirləcək NATO Parlament Assambleyasının (NATO) yaz sessiyasında iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev mayın 19-da bu məqsədlə Lüksemburqa səfər edəcək.

NATO Parlament Assambleyasının yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Bənzər yazılar

Back to top button