Siyasət

Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi ilə görüşü

Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Njupuo Yap Mariatunu qəbul edib.

Dövlət başçısının saytında yer alan məlumata görə, Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib.

Mariatu öz növbəsində Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.

Prezident Əliyev Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verib.

Maratu söhbət zamanı qeyd edib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir.

Azərbaycan prezidenti qonağın diqqətini 2020-ci ilin Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərə qarşı ballistik raketlərin atılmasına, dinc sakinlərin qətlə yetirildiyinə cəlb edib.

Əliyev həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.

Söhbət zamanı iqlim dəyişiklikləri barədə fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button