Siyasət

MN rəsmisi: “Düşmən Xudafərini həmişəlik unuda bilər”

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinq zamanı düşmənin döyüşə girməkdən imtina etdiyini bildirib:

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanından fərrarilik edir və geri çəkilir”.

A.Eyvazov Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumatın cəfəngiyatdan başqa bir şey olmadığını da bildirib:

“Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır. Onlar Xudafərini həmişəlik unuda bilərlər”.

Bənzər yazılar

Back to top button