Hadisə

Direktoru döyən aktyor həbs olunub

Aktyor, rejissor və ssenarist Rza Rzayevin həbs olunduğu bildirilir.

Bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat yayıb.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə aktyor barədə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs olunub.

Rza Rzayev 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə təqsirləndirilib.

Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.

Bildirilir ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb. Hətta bununla bağlı videogörüntü də yayılıb.

Mayın 18-də zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apelyasiya şikayətinə baxılıb.

Rza Rzayev “Dolu” filmində “Drakon” obrazını canlandırıb və cəmiyyətdə də daha çox bu adla tanınır.

Bənzər yazılar

Back to top button