İdman

“Siti”nin “Real”a qalib gəlməsinin sirri – Qvardiola Xavidən məsləhət alıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı cavab oyunu (4:0) öncəsi “Barselona”nın baş məşqçisi Xavi ilə danışıb.

Qol.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

İlk matçda (1:1) Vinisius Junior “şəhərlilər”in müdafiəsinə problemlər yaratdığına görə Pep üçün onu zərərsizləşdirmək vacib idi. O, Vinisius təhlükəsini necə aradan qaldıracağını müzakirə etmək üçün Xavi ilə əlaqə saxlayıb.

Junior bu mövsüm “Barselona”ya qarşı 4 oyunda cəmi 1 qol vurub. Xavi braziliyalı hücumçunun qarşısını almaq üçün Ronald Arauxodan istifadə edib.

Xavinin Pepə dəqiq nə dediyi məlum deyil, amma görünür, məsləhət faydalı olub. Çünki Vinisius cavab görüşündə, “Etihad”da “Mançester Siti” qarşısında aciz qalıb. Onun komandası isə 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Bənzər yazılar

Back to top button