İdman

Məşhur mütəxəssis baş məşqçi təyin edildi, 9 gün sonra qovuldu

İyunun 18-də “Sportinq”ə baş məşqçi təyin edilən Sinişa Mihayloviç ötən gün vəzifəsindən uzaqlaşdıırlıb.

Fanat.Az xəbər verir ki, buna səbəb serbiyalı mütəxəssisin Portuqaliya təmsilçisinin yeni rəhbərliyinin planlarına daxil olmamasıdı. “Sportinq” 49 yaşlı baş məşqçiyə 300 min avro məbləğində təzminat ödəyəcək.

Lissabon klubunun yeni prezidenti Xose Souza Sintra Sinişa Mihayloviçin istefaya göndərilməsi ilə bağlı bunları deyib: “Miyahloviçin ilk işi klubun təlim-məşq toplanış yerini dəyişmək oldu. Buna görə də 300 min avro itirdik. Bunlar bizə xoş gəlmədi”.

Sinişa Mihayloviç indiyədək İtaliyanın “Boloniya”, “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, “Torino” klublarını və Serbiya millisini çalışdırıb.

Qeyd edək ki, may ayında Lissabon təmsilçisinin bazası azarkeşlərin silahlı hücumuna məruz qalıb. Versiyalardan biri kimi hücumun arxasında klubun sabiq prezidenti Brunu de Karvalyunun dayandığı göstərilib. O, futbolçularla ötən mövsüm ərzində münaqişədə olub.

Bənzər yazılar

Back to top button