İdman

“Bu, taktiki müdrikliyin nəticəsidir” – Joze Mourinyu

“Roma”nın baş məşqçisi Joze Mourinyu Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda evdə 1:0 hesabı ilə yendikləri “Bayer Leverkuzen”lə qolsuz heç-heçə edərək finala yüksəlmələrinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının dediklərini “Football Italia” belə çatdırıb:

“Məni “Roma”nın tarixindən yazılacaq kitabda haqqımda nələr qeyd olunacağı narahat etmir. Belə nəticələr uşaqların böyüməsinə, vacib hədəflərə çatmasına yardımçı olur. Hə, əlbəttə ki, finala çıxmağımızın mənə ilk gündən çox şey verən “Roma” fanatlarına da faydası var. Növbəti dəfə final oynamaq böyük sevincdir. Uşaqlar bütün güclərini meydanda qoydular. Bu, bizim gördüyümüz işin, taktiki müdrikliyin nəticəsidir. “Roma” inanılmaz komandadır”.

Qeyd edək ki, “Roma” finalda “Sevilya” ilə üz-üzə gələcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button