Cəmiyyət

Fevral hansı bürclər üçün düşərli olacaq…

Yanvarın başa çatmasına çox qalmayıb. İndi daha çox fevral haqda düşünmək lazımdır.

Bizimyol.info rus astroloq Vasilisa Volodinanın gələn ay üçün bürclər üzrə proqnozunu təqdim edir.

Qoç – Bütün iradəsini toplamalıdırlar. Hər şeyi taleyin ümidinə buraxmaq olmaz. Ətrafdakı insanlara qarşı ədalətli və dürüst olmalısınız. Fevral gərgin keçəcək, amma axırı yaxşı nəticələnəcək.

Buğa – Əməyinin bəhrəsini görmək vaxtı çatıb. Qohumlarla anlaşılmazlığa görə kefini pozmağa dəyməz.

Əkizlər – Səyahət və ya yeni təcrübə gözlənilir. Amma yeni tanışlıqlardan qaçmaq lazımdır. Ulduzlar səfeh adamlarla üz-üzə gəlmək ehtimalından danışır.

Xərçəng – Bu bürcdən olanlar üçün fevralı uğur ayı adlandırmaq olar. Xüsusilə yaradıcı işlərlə məşğul olanlar üçün. Müsbət emosiyalar bir-birini əvəz edəcək.

Şir – Fevralda çox enerji sərf edəcəklər. İstənilən fəaliyyət müsbət nəticələnəcək. Tənhalar öz yarını tapa bilər.

Qız – Vasilisa Volodina məsləhət görür ki, gələn ay bu bürcdən olanlar prinsiplərinin əleyhinə çıxmasınlar. Hətta yaxın adamın xətrinə dəymək bahasına olsa belə. Tezliklə xeyrini görəcəklər.

Tərəzi – Yaxşı hadisələr də baş verəcək, pis hadisələr də. Ruhdan düşmək lazım deyil. Problemlərin öhdəsindən gələcəksiniz. İnkişaf etmək lazımdır.

Əqrəb – Bu bürcü yaxşı ay gözləyir. Maliyyə vəziyyətini sabitləşdirmək mümkün olacaq.

Oxatan – Varlanmaq mümkündür. Vaxtında çox çalışıblar. Pul yalnız xoş şeylərə xərclənəcək.

Oğlaq – Çətin ay olacaq. Rəhbərlik hər şeyi görür, əziyyəti qiymətləndirir. Həyatının adamını müəyyənləşdirmək seçimi ilə üz-üzə qala bilərlər. Bu proses yaxşı bitəcək.

Dolça – Romantika, xoş görüşlər… Bu bürcdən olanlar üçün yaxşı aydan söhbət gedə bilər. Düz qərarlar verəcəklər.

Balıqlar – Şəxsi həyata əl gəzdirmək zamanıdır. Kimisə saxlamaq, kiminləsə yolları ayırmaq. Astroloq “Balıqlar”a tövsiyə edir ki, bacarmayacağı işi boynuna götürməsin.

Bənzər yazılar

Back to top button