Bizim seçimCəmiyyətDünya

Ermənistan ordusu 31 hərbçisini itirib

Bu ilin ilk yarısında Ermənistan ordusu 31 hərbi qulluqçusunu itirib.

Modern.az Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir ki, ölənlərdən 2-si zabit, 1-i müqaviləli hərbi qulluqçu və 16-sı müddətli hərbi qulluqçudur.

Komitədə 5 hərbi qulluqçunun Azərbaycan ordusu ilə döyüşdə, 6-sının intihar nəticəsində, 2-sinin silahla ehtiyatsız davranma, 2-sinin xəstəlikdən, 1-nin mina partlayışı, 1-nin bədbəxt hadisə zamanı və 1-nin isə yol qəzasında öldüyü bildirilir.

Analoji dövrdə daha 12 erməni hərbçi hərbi xidmətdənkənar hadisələr zamanı ölüb.

Qeyd olununr ki, 2017-ci ilin 6 ayında orduda 44 ölüm faktı qeydə alınmışdı.

Bənzər yazılar

Back to top button