Cəmiyyət

İstirahət günlərində rayonlarda hava yağışlı olacaq

Şənbə və bazar günləri ölkə ərazisində yağıntı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Əsasən Böyük və Kiçik Qafqaz dağlarında yağış və qar gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək. Gündüz havanın temperaturu + 10 + 15 dərəcə olacaq.

Cənub bölgəsində də yağış və duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz + 12 + 17 dərəcə, dağlarda + 10 + 15 dərəcə olacaq.

Aran zonasında qərb hissəsində yağıntı gözlənilir. Gündüz havanın temperaturu + 14 + 19 dərəcə olacaq.

Naxçıvanda yağış, dağlıq ərazilərdə qar yağacaq. Gündüz havanın temperaturu + 12 + 17 dərəcə olacaq.

Bakıda hava tutqun olacaq, səhər duman olacaq, mülayim cənub küləyi əsəcək. Bazar günü şimal-qərb küləyi əsəcək. Gündüz havanın temperaturu + 14 + 17 dərəcə olacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button