GündəmManşetSiyasət

ABŞ prezidenti: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib

“Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”.

Bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef R. Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.

“Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir”, deyə Cozef Bayden qeyd edir. ABŞ prezidenti bildirir ki, qarşıdan gələn ildə iki ölkə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığıın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığın daha da gücləndirilməsini həvəslə gözləyir. (Turan)

Bənzər yazılar

Back to top button