İdman

“Qarabağ” yeni transferinin müqaviləsini açıqladı

“Qarabağ yeni transferi olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Simon Slavçevlə imzaladığı müqavilənin müddətini açıqlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı oyunçu qarşıdakı 3 il ərzində Ağdam təmsilçisinin şərəfini qoruyacaq. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Qeyd edək ki, S.Slavçev peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.

Bənzər yazılar

Back to top button