Digər

Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsini Laçındakı NBM-i qanunsuz adlandırmağa çağırıb

Ermənistan Laçın dəhlizində Azərbaycan NBM-nin təsis edilməsi ilə əlaqədar ikinci dəfə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Bu barədə şənbə günü Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirakosyan İctimai Televiziyaya bildirib.

Onun sözlərinə görə, Yerevan BMT-nin Beynəlxalq Məhkəməsinin Bakıya qarşı müvəqqəti tədbir görəcəyini, iddia ilə bağlı yekun qərar qəbul edilənə qədər Laçın dəhlizindən maneəsiz hərəkət tələb edəcəyini gözləyir.

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin ofisi həmçinin Bakının nəinki BMT məhkəməsinin aralıq qərarlarına riayət etmədiyi, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymadığı məsələsini qaldırıb.(Turan)

Bənzər yazılar

Back to top button