İdman

“Bayern” rəhbərliyi Tuxeli istefaya göndərəcək? – AÇIQLANDI

“Bayern Münhen” rəhbərliyi komandanın baş məşqçisi Tomas Tuxellə bağlı qərarını verib.

Fanat.az-ın məlumatına görə, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Mənbə rəhbərliyin Tuxelə güvəndiyini və komanda mövsümü titulsuz başa vursa belə, Muşahidə Şurasının mayın 30-da keçiriləcək toplantısında onun istefaya göndərilməsinin müzakirə olunmayacağını bildirib.

Qeyd edək ki, mövsümün gedişində Yulian Nagelsmanı əvəzləyən Tuxelin rəhbərliyi altında Çempionlar Liqası ilə vidalaşan “Bayern” hazırda Bundesliqanın turnir cədvəlində lider Dortmund “Borussiya”sından 2 xal geri qalır.

Bənzər yazılar

Back to top button