İdman

“Qarabağ”ın təklif göndərdiyi qapıçı klubundan ayrıldı

Rusiyalı qapıçı Andrey Lunevin maraqlarını təmsil edən agent Anton Smirnov futbolçunun Leverkuzen “Bayer”indən ayrılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aut.az xəbər verir ki, o, qapıçının “Bayer”dəın ayrıldığını təsdiqləyib.

“Əlbəttə, biz Andrey ilə müqavilənin yenilənməyəcəyini gözləyirdik. Keçən il belə söhbətlər olmuşdu. Qışda klub yeni qapıçı ilə müqavilə imzaladı və Andrey bütün ili zədəli oldu.

Başqa bir nəticə gözləmək çətindir. Amma bizə təklif etsəydilər belə, çətin ki, qalmaq istəyimiz olardı. Ona oynamaq və oyun praktikasına sahib olmaq lazımdır. Bundesliqada bürünc mükafatçı olmaq və belə tərəfdaşlarla oynamaq çox böyük təcrübədir.

Gələcək? Hələ ki, heç nə deyə bilmərəm. İndi əsas məsələ sağlamlıqdır! Çox müxtəlif söhbətlər var: bəzi şayiələr, bəzi saxtakarlıqlar. İlk növbədə, Andreyin durumundan başlamalıyıq. Ümid edirəm ki, yaxın gələcəkdə yaxşılaşacaq və biz müxtəlif variantları nəzərdən keçirməyə başlayacağıq”, – Smirnov “Championat”ın müxbiri Anton İvanova müsahibəsində deyib.

Qeyd edək ki, Andrey Lunevlə “Qarabağ” da ciddi maraqlanırdı.

Bənzər yazılar

Back to top button