Cəmiyyət

500 mindən çox qanunsuz tikiliyə çıxarış veriləcəyi gözlənilir – Video

Yaxın vaxtlarda ölkəmizdə qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər.

AzToday.az xezerxeber.az-a istinadla xəbər verir ki, əmlak amnistiyasi ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı gözlənilir.

Millət vəkili Rüfət Quliyev bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki səndəsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanzim qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq. Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.

Millət vəklinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.

Qeyd edək ki, qanun layihəsi Parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button