İqtisadiyyat

Naxçıvanda işçilərin “paket maaşı” kəsilib

Naxçıvandakı bir çox müəssisə və şirkətlərdə çalışan işçilərə maaşdan əlavə verilən “paket” kəsilib. Nəticədə onların aylıq gəlirləri 30-40 faiz azalıb. Bu haqda “Gündəlik Naxçıvan”a maaşı kəsilən işçilər məlumat verib. Şikayətçilərin bildirdiyinə görə, vergidən yayınmaq üçün müəssisə və şirkətlər onların qanuni maaşının bir hissəsini indiyə kimi „paket“ şəklində verirmiş. Son yoxlamalar zamanı maxinasiyalar üzə çıxıb və bu səbəbdən əlavə pullar kəsilib. Lakin, kəsilən „paket“lər onların qanunla aldıqları normal maaşlara əlavə olunmayıb.

Uzun müddətdir “Badamlı Mineral Sular” MMC-də işləyən Y. Camalov deyir ki, son dəyişiklikdən sonra maaşı 250 manat azalıb:

“İşə qəbul olununda 650 maat maaşa razılaşmışdıq. Dedilər ki, 400 manat qanuni veriləcək, 250 də paket şəklində, başqa cür mümkün deyil. Razılaşdım, çünki bütün müəssisələrdə bu tələb var idi. Hakimiyyət dəyişdikdən bir müddət sonra qanunsuz olduğu üçün 250 manatı kəsdilər. Axı, burada bizim günahımız nədir, biz nə edə bilərdik? Dövlər öz əllərində idi, bu qanunsuzluğu edirdilər. İndi hakimiyyət dəyişib, qanuni hala salıblar, qoy bizim maaşlar da tam olaraq qanuni şəkildə ödənsin. Belə çıxır ki, köhnələr bir cür qanunsuzluq edirdi, yenilər başqa. Köhnələrin qanunsuzluğundan biz fəhlələr ziyan çəkmirdik. Yeni qanun bizim aylıq çörəkpulumuzu əlimizdən alıb“.

Başq bir şirkətdə fəhlə işləyən Qurban Əliyev isə deyir ki, „paket“ oyununa görə aylıq gəliri 121 manat azaldılıb:

“450 manat maaş alırdım. Rəsmi qaydada işçi kartıma 329 manat köçürülürdü_ 121 manat isə nəqd şəkildə, yəni, paket halında verilirdi. Hazırda bir neçə aydır ki, paketləri kəsib, vermirlər. Şikayət edəndə də deyirlər ki, xoşun gəlmir işdən çıx. Ərzaq məhsullarının qiyməti durmadan artır. Bizim maaşlar isə qalxmaq yerinə azlıb. Şikayətimizə baxan yoxdur, nə edəcəyimizi bilmirik”.

Bənzər yazılar

Back to top button