İqtisadiyyat

“Bakı Baş Səhiyyə Mərkəzi” barkod və çekə 198 min xərcləyəcək

“Bakı Baş Səhiyyə Mərkəzi” sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə barkod və kassa aparatları üçün çeklərin satın alınması” lotu üzrə keçirilən satınalmanın məbləği 198.864 manat olub.

Satınalmada “Mobile Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“Mobile Group” MMC 2015-ci ilin may ayının 21-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İmanov Səxavət Əliş oğludur.

Səxavət İmanov eyni zamanda Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin Müşahidə şurasının sədridir.

Qeyd edək ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsin direktoru Elçin Əmirovdur.

Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir. Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş şəhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.

Bənzər yazılar

Back to top button