Siyasət

Ofisi və fəaliyyəti olan, amma 1 manat da xərcləməyən partiyalar – Siyahı

“Siyasi partiyalar haqqında” Qanunun 27.2-ci maddəsində açıq şəkildə göstərilir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Yeniavaz.com xəbər verir ki, qanunvericiliyin bu tələbinə baxmayaraq dövlət qeydiyyatından keçən 59 siyası partiyadan 18-nin ötən il üçün maliyyə hesabatı bu günə (23 may) kimi ictimaiyyətə təqdim edilməyib.

Ötən il üçün nəzərdə tutulan maliyyə hesabatı açıqlanmayan 18 siyasi partiyanın adlarını təqdim edirik:

1. Milli Demokratik İdrak Partiyası
2. Vahid Azərbaycan Milli Birlik Partiyası
3. Müstəqil Azərbaycan Partiyası
4. Azərbaycan Kommunist Partiyası
5. Azərbaycan Milli Dövlətçilik Partiyası
6. Azərbaycan Vətənpərvərlər Partiyası
7. Azərbaycan Liberal Partiyası
8. Azərbaycan Vahid Kommunist Partiyası
9. Sosial Ədalət Partiyası
10. Milli Konqres Partiyası
11. Azərbaycan Respublikaçılar Partiyası
12. “Azərbaycan Mübarizləri” Partiyası
13. Azərbaycan Azad Respublikaçılar Partiyası
14. Azadlıq Partiyası
15. Azərbaycan Tərəqqi Partiyası
16. Azərbaycan Milli Demokrat Partiyası
17. Aydınlar Partiyası
18. Azərbaycan Yüksəliş Partiyası

Partiyaların yarıdan çoxu “boş hesabat” təqdim edib

Məlumat üçün bildirək ki, maliyyə hesabatı təqdim edən 41 partiyadan 23-nün heç bir maliyyə göstəricisi olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.

Maliyyə göstəricisi olan 18 siyasi partiyadan 10-u Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.

18 siyasi partiya arasında yalnız 6-nın – Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası və Respublika Alternativ (REAL) Partiyasının üzvlük haqqı topladığı bildirilir.

6 siyasi partiya YAP-a qoşulub

Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası
– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası

Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

19 siyasi partiya ləğv olunub

Onu da qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır.

Qanunun bu tələbindən sonra 19 siyasi partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Fəaliyyıtini dayandıran partiyalar bunlardır:

Milli Konqres Partiyası
Qorqud Partiyası,
Azərbaycan Kommunist Partiyası,
Azərbaycan Tərəqqi Partiyası,
Vahid Azərbaycan Milli Birlik Partiyası,
Aydınlar Partiyası,
Müstəqil Xalq Partiyası (MXP),
Azərbaycan Milli Demokrat Partiyası (AMDP),
Yeni Yol Partiyası,
Azərbaycan Respublikaçılar Partiyası,
Müstəqil Azərbaycan Partiyası,
Azərbaycan Vahid Kommunist Partiyası,
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP),
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP),
Milli Vəhdət Partiyası (MVP),
Azərbaycan Sosial Rifah Partiyası (ASRP),
Azərbaycan Naminə Alyans Partiyası (ANAP),
Azərbaycan Təkamül Partiyası,
Birlik Partiyası,
Azərbaycan Azad Respublikaçılar Partiyası

Bənzər yazılar

Back to top button