Dünya

ABŞ Rusiya və Gürcüstan arasında birbaşa reyslərin açılmasından narahatdır

Bazar ertəsi Dövlət Departamenti Rusiya və Gürcüstan arasında birbaşa aviareyslərin açılması ilə bağlı narahatlığını bir daha ifadə edib. Rusiyanın “Azimut” aviaşirkətinin sərnişin təyyarəsi 2019-cu ildən bəri ilk dəfə ötən həftə Tbilisiyə enib.

“Biz Rusiya və Gürcüstan arasında birbaşa reyslərin bərpasından narahatıq. Bu o demək ola bilər ki, Gürcüstanın hava limanlarındakı şirkətlər sanksiyalara məruz qalar”,- gündəlik brifinq zamanı mətbuat katibi Metyu Miller Turan-ın sualının cavabında bildirib.

O xatırladıb ki, bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin hava məkanına daxil olmasını qadağan edir.

“Biz, bütün Qərb birliyi bu rejimdən uzaqlaşdıq və hazırda Rusiya ilə qarşılıqlı əlaqəni genişləndirməyin vaxtı deyil”, – Miller deyib.

2008-ci ildə Rusiya Gürcüstana hücum edərək Abxaziya və Cənubi Osetiyanı işğal etdikdən və orada separatçı rejimlər qurduqdan sonra Moskva və Tbilisi arasında rəsmi diplomatik münasibətlər yox idi.(Turan)

Bənzər yazılar

Back to top button