Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri

Mayın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərliyilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, səfər Pakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Asim Münirin dəvətilə baş tutub.

Səfər çərçivəsində Kərim Vəliyevin Pakistanın hərbi rəhbərliyilə görüşləri, bir sıra hərbi təyinatlı müəssisəyə başçəkməsi planlaşdırılıb.

Bənzər yazılar

Back to top button