Cəmiyyət

Azərbaycan Vətəndaş Cəmiyyəti yenidən aktivləşməyə çalışır

“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində aktivliyimizi artırmağa ehtiyac var”

Şərq Tərəfdaşlığı Azərbaycan Milli Platforması 2020 ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafı layihəsinin icrasına başlayıb. Bir sıra istiqamətlər üzrə vətəndaş cəmiyyətinin inkişafına və milli platfırmaya üzv təşkilatların daha səmərəli fəaliyyətinə töhfə verməyə istiqamətlənmiş layihə 11 ay ərzində icra ediləcək. Milli Platformadan verilən məlumata görə layihənin icrası zamanı həm də vətəndaş cəmiyyəti qurumlarının 2014 cü ildən sonra Qeyri Hökümət Təşkilatlarının fəaliyyətini tənzimlyən qanuna edilən dəyişiklilərdən sonra cəmiyyətdə onlarız zəifləyən mövqelərini qismən bərpa etməyə və vətəndaş cəmiyyəti qurumları arasında mülki iştirakçılığın artırılmasını daha da stimullaşdırma xidmət edəcək.

Layihənin icrasına rəhbərıik edən “Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova əlavə olaraq qeyd edir ki, layihədə nəzərdə tutulan məqsədlərdən biri də Azərbaycan Milli Platformasın Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu və forumun işçi qurupları çərçivəsində iştirakını artırmağa yönəlib: “Bizim Avropa İnstututları o cümlədən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində aktivliyimizi artırmağa ehtiyac var. Bu platformalarda daha aktiv iştirak həm Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində həm də, ölkədə demokratikləşmə və Avropa inteqrasiya istiqamətində ciddi töhfələr verə bilər”.

Layihənin əhatə edəcəyi istiqamətlərdən biri də gənclərin vətəndaş iştirakçılığının artıılması ilə bağlı silsilə fəaliyyətlərin həyata keçirilməsidir. Layihənin icrası ilə ölkədə hazırda durğunluq yaşayan vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinin yenidən aktivləşməsinə nail olmaq əsas hədəflərdən biri kimi müəyyən edilib.

Bənzər yazılar

Back to top button