İdman

Millinin qapıçısı Messini dilə tutdu: “Hər həftəsonu kabab yeyəcəyik”

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines həmyerlisi Lionel Messi ilə eyni klubda çıxış etməyi arzulayır.

Fanat.az xəbər verir ki, təcrübəli qolkiper “TyC Sports”a verdiyi açıqlamada millidəki komanda yoldaşını “Aston Villa”ya dəvət edib:

“Messi Paris klubundan ayrıldıqdan sonra onu “Aston Villa”ya gətirərdim. Bura gəl, dostum, bütün istirahət günləri mato içib asado yeyəcəyik, hər həftə sonu kabab bişirəcək, burger hazırlayacağıq. Hamı piknik edib yaxşı vaxt keçirir. Mən maaşımın kəsilməsinə razıyam, nə lazımdırsa edərəm”.

Qeyd edək ki, Unay Emerinin komandası İngiltərə Premyer Liqasının sonuna bir tur qalmış avrokuboka vəsiqə şansını saxlayır.

Bənzər yazılar

Back to top button