Siyasət

Ukraynadakı yeni səfirimiz Ramiz Mehdiyevin qohumudur? – Dosye

Xəbər verdiyimiz kimi, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılaraq Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Seymur Mərdəliyev daha əvvəl Xarici İşlər Nazirliyinin (XİN) humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri olub.

2016-cı ildə Seymur Mərdəliyev XİN-in Humanitar və Sosial Məsələlər İdarəsinin rəis müavini təyin edilib.
2019-cu ildə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavin təyin olunub.

Açıq internet resurslarda Seymur Mərdəliyev haqqında yayılan yeganə məlumat odur ki, o, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni – sabiq deputat İlham Əliyevin xalası oğludur.

Bu məlumat mətbuatda 3 il əvvəl yayılıb və bugünə kimi təkzib olunmayıb. Onu da bildirək ki, Seymur Mərdəliyevin həyat yoldaşı Mərziyyə Vəkilova-Mərdəliyeva də Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlyində çalışır.

Bənzər yazılar

Back to top button