GündəmSiyasət

Mariya Zaxarova Bakı və Yerevanın Qərbin deyil, Rusiyanın sülh təşəbbüslərinə üstünlük verəcəyinə ümid edir

RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi zamanı RF ilə birgə işlənib hazırlanan sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə o, martın 1-də Sputnik radiosuna müsahibəsində bildirib.

“Tərəflərin Rusiya ilə birlikdə işləyib hazırladığı sülh təşəbbüslərini həyata keçirəcəklərinə dair ümid var”, deyə o bildirib.

Zaxarova Qərbin Cənubi Qafqazda vəziyyətə müdaxilə etmək cəhdlərini “ədəbsizlik” adlandırıb. Bu, münaqişənin nizamlanması üçün deyil, “əks məqsədlərlə” edilir.

“Təəssüf ki, biz uzun illərdir belə bir tendensiya müşahidə edirik. İndi Qərblilər daha çox fəallaşıblar”, deyə o əlavə edib.

“Heç kim deyə bilməz ki, kollektiv Qərbin ayağının və ya əlinin, yaxud düşüncələrinin dəydiyi hansısa yerdə vəziyyət daha yaxşı olub”, deyə Zaxarova qeyd edib.

Bənzər yazılar

Back to top button