İdman

“Real”dan Ronaldoya yeni təklif: nə qədər maaş alacaq?

“Real” rəhbərliyi Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.

Fanat.Az “Football İtalia”ya istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı portuqaliyalı hücumçuya illik 30 milyon avro təklif edəcək.

Ronaldonun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. Son günlər onun “Yuventus”a transfer olunacağı ilə bağlı xəbərlər yayılır. Lakin “Real” ulduzunu buraxmaq niyyətində deyil.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Ronaldo 2009-cu ildən “Real”da çıxış edir.

Bənzər yazılar

Back to top button