Siyasət

Qida Təhlükəsizliyi Agentliyi İran bibərinin idxalına qadağa qoyub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəvəzlərdə pestisidlərin aşkar edilməsilə əlaqədar bəzi tədarükçülərin İrandan bibər idxalına müvəqqəti qadağa qoyub.

Əsasən, İran ixracatçıları: “Bazargani Amanj Sahragard, “Carbendazim”, “Azin Pishro Azarin”, “Etoxazole”, “Rahim Moradian, “Vahid Rezael Pour, “Rasool Soleymanpour”, həmçinin azərbaycanlı idxalçılar “Green Fruit-22” MMC, “Dry Fruits” MMC, “Şaiqoğlu” MMC və fiziki şəxs Hüseyn Şahverənin tədarük etdikləri bibər partiyalarında pestisidlərin qalıqları aşkar edilib.

Aşkar edilmiş keyfiyyət pozuntuları ilə əlaqədar bu şirkətlərin məhsul gətirməsi müvəqqəti qadağan edilib, məlumatda deyilir.

Xatırladaq ki, mayın 19-da agentlik 17 şirkətin İrandan bibər və kivi idxalına analoji qadağa qoyub. Bunun səbəbi meyvə və tərəvəzlərdə təhlükəli kənd təsərrüfatı zərərvericilərinin – “qonur qırışıqlıq virusu” (tobamovirus) “tut qalxanlı yastıca”nın (pseudaulacaspis pentagona) olmasıdır.

Bənzər yazılar

Back to top button