Dünya

Suriyada Rusiya zirehli personal daşıyıcısı məhv edildi

Suriyada Erix və Urum əl-Cavz yaşayış məntəqələri arasında rus hərbi maşın karvanı patrul zamanı hərəkətdə olarkən partlayıcı qurğular işə salınıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib. Nəticədə bir rus zirehli personal daşıyıcısı (ZTR) sıradan çıxıb.

“Bütün avadanlıqlar və Rusiya hərbçiləri yerləşdirmə nöqtəsinə qayıdıb”, – Konaşenkov patrul heyətindən heç kimin xəsarət almadığını vurğulayıb.

Onun sözlərinə görə, bu hərəkətlə yaraqlılar M-4 şossesi boyunca monitorinqi pozmağa çalışıblar.

Konaşenkov Suriyadakı vəziyyəti gərgin kimi qiymətləndirib. O, həmçinin bildirib ki, indi rus qrupunun səyləri əsasən İdlib deskalasiya zonasında vəziyyəti sabitləşdirməyə və Türkiyə hərbçiləri ilə birlikdə patrul xidmətinə yönəlib.

Bənzər yazılar

Back to top button