AnalitikaDünya

OYUNÇU APARSIN…

İqtisadiyyat qloballaşdıqca tədarük zənciri də dəyişir. Ta ki, dünyanın bir küncündə müharibə başlayana qədər. Sudanda başlayan vətəndaş müharibəsi ilə gözlənilməz təchizat böhranı meydana çıxdı. Bəlkə də taxıl qədər həyati deyil, amma yenə də vacibdir. Qazlı içkilərin xammalı olan və “ərəb saqqızı” adlanan maddənin əsas istehsalçısı Sudandır. Vətəndaş müharibəsi ilə Sudanın qlobal tədarükünün 70 faizini qarşıladığı bu maddənin dünyaya tədarükü dayandı. Qazlı içkilərin tərkibindəki şəkərin çökməsinin və kristallaşmasının qarşısını alan ərəb saqqızı maddəsi çap mürəkkəbi istehsalında, kosmetika və hətta bəzi dərmanlarda da istifadə olunur…

Qərbin sanksiyaları tətbiq etdiyi bir vaxtda Rusiyanın neft və qazı son aylarda dünyanın digər nəhəng iqtisadiyyatlarına, Çin və Hindistana axıb. Moskvanı sanksiyalarla sıxmağı planlaşdıran ABŞ administrasiyası Çinlə bağlı heç nə edə bilməsə də, Hindistanı öz tərəfinə çəkməkdə qərarlı görünür. Sullivanın Səudiyyə Ərəbistanına səfərinin ikinci məqsədi Yaxın Şərqdə sabitliyi təmin etmək və Çini mühasirəyə almaq üçün ABŞ-ın hərbi çəkisini Uzaq Asiyaya keçirməkdir. Bunun üçün İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırması zəruri görünür. Əslində, Ağ Evin Yaxın Şərq masasının rəhbəri Brett Makqurk eyni vaxtda İsrailə gedib, Sallivanın Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşünün təfərrüatlarını çatdırıb ki, bu da bu məqsədlə bağlıdır…

Təbii ki, Yaxın Şərqi normallaşdırmaq və Hindistanı Qərb cəbhəsinə çəkmək cəhdlərini güdən ABŞ-ın regionun önəmli ölkəsi olan Türkiyənin Moskva ilə münasibətlərinə göz yumması mümkün deyil. Vaşinqton administrasiyası açıq-aydın Türkiyədə seçkilərin nəticələrini gözləyir. O zaman Ankaraya qarşı “kök çubuğu” siyasəti qaçılmaz görünür.

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Back to top button